"Turan Tovuz" “Iğdır” klubu ilə qarşılaşacaq

Yeni mövsümə hazırlıqlarını Ankarada davam etdirən “Turan Tovuz” bu gün yoxlama matçına çıxacaq.

Sportline.az xəbər verir ki, Kurban Berdıyevin komandası Türkiyənin “Iğdır” klubu ilə qarşılaşacaq.

1-ci liqa təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Qeyd edək ki, “Turan Tovuz” Ankara hazırlığı çərçivəsində İranın U-21 yığması və Türkiyənin 1-ci liqa təmsilçisi "Fatih Karagümrük"lə qarşılaşıb. Hər iki oyun 1:1 hesabı ilə başa çatıb.

Banner