“Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu

"Kəpəz"in Qətər təmsilçisi "Əl-Xəraitiyat"la keçirməli olduğu yoxlama görüşü ləğv olunub.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hazırlıq matçının sabah oynanılması planlaşdırılırdı. Lakin qarşılaşma Qətər təmsilçisinin istəyi ilə ləğv edilib.