Rusiyalı hakimlər Bakıya gəlir

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Kəpəz" - "Admira" matçının təyinatları açıqlanıb. SportLine.az xəbər verir ki, görüş Rusiyadan olan hakimlər briqadasına həvalə olunub. 

"Dalğa Arena"da oynanılacaq oyunda Vitali Meşkov fit çalacaq. Ona Valeri Dançenko və Maksim Qavrilin kömək edəcək. Dördüncü hakim funksiyasını Mixail Vilkov yerinə yetirəcək.

Qeyd edək ki, "Kəpəz" - "Admira" görüşü 20 iyul, saat 20:00-da start götürəcək.