Rusiyalı məşhur futbolçu karyerasını başa vurub
Rusiya millisinin sabiq futbolçusu Roman Pavlyuçenko karyerasını başa vurub.
Sportline.az "Match TV"yə istinadən xəbər verir ki, Rusiya ikinci liqasında "Znamya"da çıxış edən 41 yaşlı hücumçu 8 oyunluq cəza aldıqdan sonra futbolla vidalaşıb.
Təcrübəli forvard “Kosmos”la görüşdən sonra davada iştirak etdiyi üçün cəzalanıb. O, bundan sonra oynamaq istəmədiyini söyləyib.
Qeyd edək ki, 2003 - 2012-ci illərdə Rusiya yığmasının formasını geyinib.