Rusiyalı tennisçilərə ömürlük qadağa
Rusiyalı tennisçilər Sofiya Dmitriyeva və Aliya Merdeyeva idmandan ömürlük uzaqlaşdırılıb.
Sportline.az xəbər verir ki, səbəb onların görüşlərin alqı-satqısında iştirak etməsidir. Hər iki idmançının rəsmi tennis yarışlarına qatılması və iştirakları qadağan edilib. Merdeyeva 2, Dmitriyeva isə 6 görüşün nəticəsinə təsir etməkdə ittiham olunur. Onlar danışılmış görüşlərin ikisində cütlük şəklində çıxış ediblər.
İstintaq zamanı tennisçilərin təqsirli olduqları təsdiqlənib.