Ruslan Lunyovdan 2-ci "qızıl"
İslam Həmrəyliyi Oyunlarında atıcılıq növündə mübarizə davam edib. SportLine.az xəbər verir ki, ötən gün 25 metr məsafədən mərkəzə atəş açmaqda qızıl medal qazanan Ruslan Lunyov, bu dəfə 25 metr məsafədən sürətli atəş açmaqda bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, 2-ci yeri türkiyəli Murat Kılıç, 3-cü yeri omanlı Həşim Əl Səidi tutub.