Ruslan Lunyovdan 4-cü qızıl medal

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında hesabına daha bir qızıl medal əlavə edib. SportLine.az xəbər verir ki, əvvəlki günlərdə üç dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Ruslan Lunyov, bu dəfə də etimadı doğruldub.

10 metr məsafədən pnevmatik tapança ilə atəş açmaqda bütün rəqiblərini qabaqlayan snayperimiz növbəti dəfə himnimizi səsləndirib.

Qeyd edək ki, Ruslan bunadək 25 metrdən tapança ilə mərkəzə atəş açma, eyni məsafədən sürətli atəş açma və standart tapança ilə atəş açmaqda qızıl medal qazanıb.