Rusları Antalyada kim qoruyacaq?

Bu gün keçiriləcək yoldaşlıq oyunları arasında Türkiyə-Rusiya matçı börük maraq doğurur. Ölkələr arasında siyasi gərginlik səngisə də, məlum hadisələrin fəsadı hər an özünü büruzə verə bilər. Bu baxımdan, Antalyada keçiriləcək qarşılaşmanın təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkilatçılıq tələb edir. SportLine.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının rəsmisi İlker Uğurun sözlərinə görə, asayişi qorumaq üçün stadion ətrafına təxminən 1000 nəfər polis cəlb olunacaq.  Rusiya millisinin avtobusu da arenaya gücləndirilmiş polis müşayiəti ilə gələcək. Xatırladaq ki, tele-yayımla əlaqədar Rusiya-Türkiyə matçı Bakı vaxtı ilə  22-30-da başlanacaq.