"Sabah" "Anji"nin yetirməsini aldı

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan U-19 millisinin hücumçusu Camal Cəfərovla 5 illik müqavilə bağlanıb.

“Anji” futbol akademiyasının yetirməsi olan Camal son mövsümdə bu klubun əvəzedici komandasında çıxış edib.

Xatırladaq ki, növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah”, daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli, Nicat Mehbalıyev, Slavik Alxasov və Aleksey İsayevi heyətinə cəlb edib.