Azərbaycan Premyer Liqası ilə bağlı qərar veriləcək

AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb.
 
Sportline.az xəbər verir ki, iclas iyunun 18-də videokonfrans formatında keçiriləcək.
 
Saat 11:00-da başlanacaq iclasda, Azərbaycan Premyer Liqası və ölkə kuboku ilə bağlı yekun qərar veriləcək.
 
Hər iki yarışın ləğv olunacağı gözlənilir.