"Sabah" evdə "Şamaxı" ilə üz-üzə gəlib
Misli Premyer Liqasının XII turunda daha bir matç keçirilib.
Sportline.az xəbər verir ki, "Sabah" evdə "Şamaxı" ilə üz-üzə gəlib.
"Bank Respublika Arena"da baş tutan görüş qolsuz bərabərliklə nəticələnib.
Bu nəticədən sonra "Sabah" 22 xalla turnir cədvəlinin 4-cü pilləsindədir. 14 xala malik bölgə təmsilçisi isə səkkizincidir.
Turun son matçı bu gün "Neftçi" və "İmişli" arasında keçiriləcək. Qarşılaşma "Palms Sport Arena"da saat 17:30-da start götürəcək.
Qeyd edək ki, turun daha öncə keçirilən görüşlərində "Kəpəz" "Karvan-Yevlax"ı (2:1), "Qarabağ" "Sumqayıt"ı (4:2), "Zirə" "Qəbələ"ni (1:0) məğlub edib. "Araz-Naxçıvan" - "Turan Tovuz" görüşü isə heç-heçə nəticələnib - 1:1.