"Sabah" futbolçularla razılaşdı

"Sabah" klubunda müqavilə müddəti bitən futbolçular mövsümün sonunadək komandada qalacaqlar.
 
Sportline.az xəbər verir ki, bununla bağlı oyunçularla razılıq əldə olunub.
 
Komandada sözləşməsi sona çatan 6 futbolçu var. Bunlar Saşa Stamenkoviç, Kərim Diniyev, Məqsəd İsayev, Vadim Abdullayev, Ramil Şeydayev və Xulio Sezar Rodrigezdir. Məlumatda onlarla bir müddət öncə anlaşıldığı bildirilir.
 
Qeyd edək ki, AFFA Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunacağını açıqlayıb.