“Sabah” klubu Murad Musayevlə müqaviləni uzadıb

Azərbaycan Premyer Liqa təmsilçisi “Sabah” baş məşqçisi ilə yeni müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, Murad Musayevlə yeni anlaşma əldə olunub.

Razılaşmaya əsasən, rusiyalı mütəxəssislə cari mövsümün sonunda bitəcək müqavilə müddəti daha bir il – 2024-cü ilin may ayına kimi uzadılıb.

Qeyd edək ki, Musayev 2021-ci ilin 30 oktyabr tarixindən “Sabah”ın baş məşqçisidir.

Banner