"Sabah" legioneri ilə vidalaşdı

"Sabah" müdafiəçisi Sofian Çakla ilə yolları ayırıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mərakeşli futbolçunun mövsümün sonunda müddəti başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, Çakla 2023-cü ildən "Sabah"ın formasını geyinirdi.

O, meydana çıxdığı 71 oyunda 5 qol vurmuşdu.