"Sabah" son dəqiqələrdə vurduğu qolla məğlubiyyətdən qaçdı

Azərbaycan Premyer Liqasında XVII turun daha bir görüşü başa çatıb.

Sportline.az xəbər verir ki, "Sabah" evdə "Keşlə" ilə üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hər iki qol ikinci hissədə vurulub. Qonaqların heyətində 79-cu dəqiqədə Şəhriyar Əliyev, meydan sahiblərində isə 90+1-ci dəqiqədə Fofana Tiemoko fərqlənib.

Bu qələbədən sonra xallarını 15-ə çatdıran "Keşlə" 7-ci, "Sabah" isə sonuncu - 8-ci sırada qalıb.

Qeyd edək ki, günün ilk iki matçında "Qəbələ" evdə "Sumqayıt"ı, "Zirə" isə "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib. Tura hazırda davam edən "Qarabağ" - "Səbail" görüşü ilə yekun vuru-lacaq.