"Sabah" yeni transferini açıqladı

"Keşlə"dən ayrılan Slavik Alxasov "Sabah” klubu ilə münasibətləri rəsmiləşdirib.

 
Sportline.az klubun saytına istinadən xəbər verir ki, Alxasov 2+1 illik müqaviləyə imza atıb.
 
27 yaşlı futbolçu "Sumqayıt” (2011-2013, 2014-2016), "Xəzər Lənkəran” (2014) və "Keşlə” (2016-2020) klublarında çıxış edib.
 
Xatırladaq ki, "Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmlini heyətə qatıb.