"Sabah"a yerli məşqçi gətirilir

Jelko Sopiçi istefaya göndərən "Sabah" klubu yerli məşqçiyə tapşırılacaq.

Sportline.az-a daxil olan məlumata görə, yoluna azərbaycanlı mütəxəssislə davam etməyi qətiləşdirən klub rəhbərliyi, əsas diqqəti Samir Abbasova yönəldib. 

Hazırda işsiz olan gənc mütəxəssisin də, təklifi müsbət dəyərləndirəcəyi bildirilir.

Qeyd edək ki, daha çox "Sumqayıt"dakı uğurlu fəaliyyəti ilə tanınan Samir Abbasovun son iş yeri, "Zirə" klubu olub.