"Sabah"ı "Keşlə"yə dəyişdi

“Sabah”la yolları ayrılan Cavid İmamverdiyev karyerasını paytaxtın digər klubunda davam etdirəcək.

Sportline.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiçi  “Keşlə”nin formasını geyinəcək.

Avropa Liqasında mübarizə aparacaq paytaxt klubu, İmamverdiyevlə 1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, “Keşlə” buna qədər Tural Axundov və Şəhriyar Əliyevi də heyətinə cəlb edib.