"Sabah"ın kapitanı sıradan çıxdı
Azərbaycan millisinin heyətindən kənarlaşdırılan "Sabah" klubunun kapitanı Elvin Camalov təxminən 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Sportline.az xəbər verir ki 29 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının IX turunda "Araz-Naxçıvan"la oyunda (1:1) zədələnib. Onun dirsəyində sınıq aşkarlansa da, əməliyyata ehtiyac olmayacaq.
Qeyd edək ki, Elvin Camalovun əvəzinə milli komandaya Vadim Abdullayev dəvət edilib.