"Sabah"la Stamenkoviçin münasibətləri aydınlaşdı

"Sabah" klubu qapıçısı Saşa Stamenkoviçlə müqavilənin müddətini uzadıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı serbiyalı qolkiper növbəti mövsümdə də paytaxt təmsilçisinin şərəfini qoruyacaq. 

Qeyd edək ki, 2018-ci ildən “Sabah”ın uğurları üçün çalışan Saşa Stamenkoviç oyun sayına görə klubun rekordçusudur.

O, ümumilikdə 46 matçda (42 Premyer Liqa, 4 ölkə kuboku) iştirak edib.