Sabiq "Çelsi"li "Tottenhem"də

"Çelsi"nin sabiq yarımmüdafiəçisi Konor Qallager karyerasını "Tottenhem"də davam etdirəcək.

Sportline.az insayder Fabrizio Romanonun məlumatına istinadən xəbər verir ki, London klubu "Atletiko Madrid"lə danışıqlara başlayıb.

Transferin bu həftə reallaşacağı gözlənilir.

Qeyd edək ki, "mahmızlar" bu keçid üçün qarşı tərəfə 35 milyon avro ödəyəcək.