Sabiq “İnter”li “Milan”a transfer ola bilər

"Qalatasaray"ın hücumçusu Mauro İkardi klubdan ayrılmağa hazırlaşır.

Sportline.az jurnalist Matteo Morettonun məlumatına istinadən xəbər verir ki, "Milan" yanvar ayında 32 yaşlı forvardı heyətinə qatmaq istəyir.

Argentina millisinin sabiq futbolçusu bir zamanlar "Milan"ın əzəli rəqibi "İnter"in formasınıda geyinib.

Qeyd edək ki, İkardi 2022-ci ildən "Qalatasaray"da çıxış edir.