Sabiq "Milan"lı ölkə prezidenti oldu
Liberiya millisinin sabiq üzvü Corc Vea ölkəsinin prezidenti seçilib. SportLine.az BBC-yə istinadən xəbər verir ki, o, Cozef Bokanı qabaqlayıb.
Qeyd edək ki, C.Vea futbolçu kimi "Milan", "Çelsi" və "Mançester Yunayted" kimi klubların şərəfini qoruyub. O, 1995-ci ildə dünyanın, 1989, 1994 və 1995-ci ildə isə Afrikanın ən yaxşısı seçilib.