Sabiq "Neftçi"li Portuqaliya klubunda
"Neftçi"dən ayrılan Ailton Ferreyra Silvanın yeni klubu müəyyənləşib. SportLine.az xəbər verir ki, müdafiəçi karyerasını Portuqaliyada davam etdirəcək.
21 yaşlı braziliyalı "Eştoril"də icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Ailton müqavilə ilə Braziliyanın "Fluminense" klubuna məxsusdur.