Sabiq "Qarabağ"lı I Divizion klubunda
I Divizionda çıxış edəcək "Binə" heyətini gücləndirib. SportLine.az xəbər verir ki, paytaxt klubu Bəxtiyar Soltanovu heyətinə qatıb.
28 yaşlı futbolçunun son klubu AZAL olub.
Qeyd edək ki, B.Soltanov “Bakı”, “Qarabağ”, “Kəpəz” və “Qəbələ” kimi klublarda da çıxış edib.