Sabiq "Qəbələli" 3-cü liqada

"Qəbələ" futbol klubunun keçmiş çalışdırıcısı Dorinel Muntyanu özünə yeni iş yeri tapıb. Sportline.az xəbər verir ki, 48 yaşlı məşqçi Rumıniya 3-cü liqasında yarışan "Reşita” klubunun idman direktoru kimi fəaliyyət göstərəcək. Xatırladaq ki, o,  2014-cü ilin iyununda "Qəbələ"yə baş məşqçi təyin edilsə də, 5 aydan sonra vəzifəsindən uzaqlaşdırlmışdı.