Sabiq "Qəbələ"li 4.2 milyon avroya satıldı

"Qəbələ"nin sabiq üzvü - Leonardo da Silva Souzanın yeni klubu bəlli olub. SportLine.az xəbər verir ki, "Partizan"ın şərəfini qoruyan futbolçu Səudiyyə Ərəbistanının "Əl Əhli" klubuna keçib.

Transfer ərəbləri 4.2 milyon avro xərcə salıb.

Qeyd edək ki, Leonardo da Silva Souza "Qəbələ"də 2013/2014 mövsümündə çıxış edib.