Sabiq “Yuventus”lu “Milan”a keçə bilər
“Yuventus”un sabiq futbolçusu Federiko Kyeza “Milan”ın transfer radarına düşüb.
Sportline.az xəbər verir ki, İtaliya klubu Kyeza üçün “Liverpul”la danışıqlara başlayıb.
Bu haqda “Milan Live” nəşri məlumat yayıb.
Qeyd edək ki, “rossonerilər” bu keçid üçün qarşı tərəfə 5 milyon avro ödəməyə hazırdır.
27 yaşlı oyunçu bu mövsüm meydana çıxdığı 4 matçda rəqib qapılarından 1 top keçirib.