Saka “Arsenal”da qalacaq

İngiltərə Premyer Liqasında lider olan “Arsenal” daxili transfer çalışmalarını davam etdirir.

Sportline.az xəbər verir ki, London klubu ulduz futbolçusu Bukayo Sakanın müqaviləsini uzatmağa hazırlaşır.

Şimali London təmsilçisi Sakanın sözləşməsini 2031-ci ilə qədər yeniləyəcək.

Klub rəhbərliyi 24 yaşlı cinah oyunçusunu uzun illər heyətdə saxlamaq niyyətindədir.