Salah ingiltərəli əfsanənin rekordunu təkrarladı
Mohamed Salah mersisayd derbisində növbəti dəfə fərqlənib.
Sportline.az xəbər verir ki, "Liverpul"un vingeri "Everton" ilə oyunda fasiləyə qədər hesabı açıb.
Misirli futbolçu 29-cu dəqiqədə qol vuraraq derbidəki qol sayını 9-a çatdırıb.
Bununla da Salah Steven Cerrardın rekordunu təkrarlayıb.
Hər iki futbolçu Premyer Liqa tarixində mersisayd derbilərində “Everton”a qarşı 9 qol vurub.