Salah "Liverpul"dan ayrılır?
"Liverpul"un ulduz futbolçusu Mohamed Salah yayda komandasını dəyişə bilər.
Sportline.az xəbər verir ki, adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubu 33 yaşlı oyunçuya illik 150 milyon avro maaş təklif edib.
Bu haqda "TBR Football" nəşri məlumat yayıb.
Qeyd edək ki, Salahın Mersisayd klubu ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.