Salah "Liverpul"dan ayrılmağa hazırlaşır

"Liverpul"un misirli futbolçusu Mohamed Salah mövsümün sonunda klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, bu haqda "Fichajes" nəşri məlumat yayıb.

"Əl-Nəsr" və "Əl-Hilal" klubları Salahla yaxından maraqlanır.

Qeyd edək ki, Salahın "Liverpul"la müqaviləsi mövsümün sonunda başa çatacaq.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 43 matçda 32 qol və 22 məhsuldar ötürmə müəllifi olub.