Salah MLS-də çıxış edəcək
"Liverpul"dan ayrılacağı dəqiqləşən Mohamed Salah karyerasını MLS-də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
33 yaşlı oyunçu bu mövsüm meydana çıxdığı 39 matçda 12 qol, 9 asistlə yadda qalıb.
Qeyd edək ki, M.Salahın dəyəri 30 milyon avrodur.