Salah Ronaldo ilə birgə çıxış edəcək
"Liverpul"dan ayrılacağı dəqiqləşən Mohamed Salah yayda "Əl-Nəsr"ə keçə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Okaz" nəşri məlumat yayıb.
33 yaşlı futbolçunun meneceri Səudiyyə Ərəbistanı klubu ilə yaxından maraqlanır.
Qeyd edək ki, Salah cari mövsüm meydana çıxdığı 39 matçda 12 qol, 9 asistlə yadda qalıb.