Salah üçün iki nəhəng klub yarışır

"Liverpul"dan ayrılacağı dəqiqləşən Mohamed Salah Avropanın nəhəng klublarının transfer hədəfinə çevrilib.

Sportline.az xəbər verir ki, "Real Madrid" və "Paris Sen-Jermen" 33 yaşlı futbolçunu heyətinə qatmaq üçün yarışa girib.

Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

Qeyd edək ki, Salahın dəyəri 30 milyon avrodur.