Salahın yeni dayanacağı Səudiyyə Ərəbistanı olacaq

Mövsümün sonunda "Liverpul"dan ayrılacağı rəsmləşən Mohamed Salah karyerasını Səudiyyə Ərəbistanı Çempionatında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Səudiyyə Ərəbistanı klubları misirli hücumçunu heyətində görmək niyyətindədir.

Qeyd edək ki, M.Salah 2017-ci ildən "Liverpul"da çıxış edir.

O, bu mövsüm meydana çıxdığı 34 oyunda 10 qol, 9 asistlə yadda qalıb.