"Sambaçı" Avropa nəhənglərinin diqqət mərkəzində
"Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimaraynş Premyer Liqada klubunu dəyişə bilər.
Sportline.az "Goal Brazil"ə istinadən xəbər verir ki, "Çelsi" onun xidmətində maraqlıdır. London klubu gələn yay Jorjinho və Nqolo Kanteni əvəz etmək üçün bir sıra yarımmüdafiəçilərlə danışıq aparır. Onlardan biri Gimaraynşdır.
Braziliyalı bu ilin yanvarından "Nyukasl"da çıxış edir. O, "Real" və "Arsenal"ın da maraq dairəsindədir.