Samboçularımızdan daha bir medal

Afinada keçirilən sambo üzrə Avropa çempionatında Azərbaycan seçməsi daha bir medal qazanıb. 

Sportline.az xəbər verir ki, ikinci yarış günündə Mehman Xəlilov fəxri kürsüyə yüksəlib. 57 kq çəkidə mübarizə aparan Xəlilov bürünc medalla kifayətlənib. 

Qeyd edək ki, ilk yarış günündə Emil Həsənov (68 kq) və döyüş samboçusu Nəbi Məmmədov (100 kq) bürünc medala sahib çıxıb.