"Samtredia" - "Qəbələ" matçı kirpli hakimə tapşırıldı

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Samtrediya" - "Qəbələ" matçının hakimləri müəyyənləşib. SportLine.az xəbər verir ki, oyunu Kirpdən olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmada əsas söz sahibi Georgios Kizas olacaq.

07 iyul 2016
Avropa Liqası
I təsnifat mərhələsi, Cavab oyunu

19:00. “Samtredia” (Gürcüstan) – “Qəbələ”

Baş hakim: Georgios Kizas
Baş hakimin köməkçiləri: Çasan Koula, İoannis Sipkas
Dördüncü hakim: Aleksandros Aretopulos (hamısı Kipr)
Zestafoni. David Abaşidze stadionu
İlk oyun – 1:5