Sançes İtaliyaya qayıdır

Aleksis Sançes karyerasını İtaliyada davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda tanınmış jurnalist Fabrisio Romano sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, çilili hücumçu "İnter"ə qayıtmağa hazır olduğunu bildirib.

Sançes bu istəyini klubun baş direktoru Cüzeppe Marottaya çatdırıb. 

Qeyd edək ki, Aleksis 2019-2022-ci illərdə "İnter"in şərəfini qoruyub.