Sandro Tonali “Nyukasl”dan ayrılacaq
“Nyukasl Yunayted”in italiyalı futbolçusu Sandro Tonali yanvar ayında klubdan ayrılacaq.
Sportline.az “Gazzetta dello Sport”a istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi maaş probleminə görə, Tonalini satışa çıxaracaq.
“Nyukasl” Tonalinin satışından ən azı 40 milyon avro qazanmaq istəyir.
Qeyd edək ki, 24 yaşlı futbolçunun “Nyukasl Yunayted”lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.