Sane "Bavariya"dan ayrılacaq
"Bavariya" almaniyalı futbolçusu Leroy Sane ilə yollarını ayıracaq.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Almaniya klubu Sanenin çıxışından narazıdır.
"Mançester Siti", "Liverpul" və "Çelsi" 28 yaşlı futbolçu ilə yaxından maraqlanır.
Qeyd edək ki, Sanenin "Bavariya"dan azad agent kimi ayrılma ehtimalı yüksəkdir.