Sane "Mançester Siti"yə qayıda bilər

"Bavariya" almaniyalı futbolçusu Leroy Sane ilə yollarını ayırmağa hazırlaşır.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti" Saneni mövsümün sonunda azad agent kimi heyətinə qatmağı planlaşdırır.

Münhen klubu 28 yaşlı futbolçunun çıxışından narazıdır. Bu səbəbdən Sane ilə yeni müqavilə imzalamaq niyyətində deyil.

Qeyd edək ki, Leroy Sane 2016-2020-ci illər ərzində "Mançester Siti"də çıxış edib.