“Santos”un gənc futbolçusu London klubuna keçə bilər

“Santos”un sol cinah müdafiəçisi Souza karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportline.az xəbər verir ki, sözügedən futbolçunun transfer qiyməti 8 milyon avrodur.

“The Athletic” nəşrinin yaydığı məlumata görə, “Tottenhem” 19 yaşlı oyunçunu transfer etmək niyyətindədir.

Qeyd edək ki, Souzanın Brazilya klubu ilə sözləşməsi 2028-ci ilin dekabr ayının 31-nə qədərdir.