Savinyo qərarını verdi - "Mançester Siti" satmaq istəmir

Savinyo yayda "Mançester Siti"dən ayrılmaq istəyir.

Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb. 

Lakin "şəhərlilər" brazilyanı oyunçunu satmaq niyyətində deyil.

Qeyd edək ki, Savinyonun dəyəri 40 milyon avrodur.

O, cari mövsüm meydana çıxdığı 30 matçda 3 qol, 3 asistlə yadda qalıb.