"Səbail" ev oyunlarını "Dalğa Arena"da keçirəcək

Topaz Premyer Liqasının debütantı "Səbail"in ev oyunlarını hansı stadionda keçirəcəyi dəqiqləşib. SportLine.az xəbər verir ki, paytaxt klubu rəqiblərini "Dalğa Arena"da qəbul edəcək.

Bu barədə  Klublar Komitəsinin sədri Kamran Quliyev məlumat verib. Onun sözlərinə görə, "Səbail"lə yanaşı, "Kəpəz" də ilk dövrədəki oyunlarını başqa stadionda keçirəcək. Hər iki klubun ev oyunlarını keçirdiyi stadionlar hazırda təmirdə olduğu üçün alternativ variant seçiləcək.

Qeyd edək ki, "Səbail" ev oyunlarını "Bayıl Arena"da, "Kəpəz" isə Gəncə şəhər stadionunda oynayır.