"Səbail" "Qarabağ"ın futbolçusunu heyətinə cəlb etdi
Topaz Premyer Liqasında debüt edəcək “Səbail” heyətini gücləndirməkdə davam edir. SportLine.az xəbər verir ki, paytaxt klubu bu dəfə Kamran Əliyevi heyətinə cəlb edib.
Ötən mövsüm “Qarabağ”ın əvəzəedici komandasında çıxış edən sağ cinah müdafiəçisi, bundan sonra paytaxt klubunun şərəfini qoruyacaq.
Qeyd edək ki, 19 yaşlı futbolçunun atası Səttar Əliyev “Səbail”in məşqçilər heyətində yer alıb. O, baş məşqçi Samir Əliyevin köməkçisidir.