"Səbail" "Şamaxı"ya, "Araz-Naxçıvan" "Sabah"a qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha iki oyunu keçiriləcək.

Sportline.az xəbər verir ki, günün ilk matçında "Səbail" "Şamaxı" ilə qarşılaşacaq.

Ardınca "Sabah" "Araz-Naxçıvan"la üz-üzə gələcək.

Azərbaycan Premyer Liqası

IX tur

5 oktyabr

17:00. “Səbail” – “Şamaxı”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov.

VAR: İnqilab Məmmədov.

AVAR: Namik Hüseynov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

"ASCO Arena".

19:30. “Sabah” – “Araz-Naxçıvan”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev.

VAR: Rauf Cabarov.

AVAR: Rəhman İmami.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Zümrüd Ağayeva.

"Bank Respublika Arena".

Qeyd edək ki, tura sabah keçiriləcək "Turan-Tovuz" - "Zirə" və "Sumqayıt" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.