"Səbail" "Şüvəlan"a aman vermədi
Növbəti mövsümün hazırlıqlarını davam etdirən "Səbail" növbəti yoxlama oyununda qüvvəsini sınayıb.
SportLinez xəbər verir ki, Samir Əliyevin yetirmələri I Divizion təmsilçisi "Şüvəlan"lə üz-üzə gəlib. "Dalğa Arena"da keçirilən qarşılaşma Premyer Liqa klubunun 5:0 hesablı qələbəsiylə yekunlaşıb.
"Səbail"in qollarından ikisini Vüqar Nadirov, digərlərini isə Elman Taqayev, Raul Yaqubzadə və baxışda olan braziliyalı hücumçu Renan Telyes vurub.