"Səbail"də koronavirusa yoluxanların adı bilindi

"Səbail”də koronavirusa yoluxan futbolçuların adları bilinib.

Sportline.az xəbər verir ki, bunlar, yarımmüdafiəçilər Əfran İsmayılov, Elgün Nəbiyev, Vüqar Bəybalayev və hücumçu Mirsayib Abbasovdur. Adıçəkilən oyunçulardan götürülən ikinci testin nəticəsi də pozitiv çıxdığından, onlar karantin şəraitində müalicə alırlar.

Bu üzdən həmin futbolçuların adı Premyer Liqanın X turunda "Sabah”la bu günkü oyunun iştirak ərizəsinə salınmayacaqlar.

Qeyd edək ki, noyabrın 21-də keçirilməli olan "Sabah” – "Səbail” görüşü qonaqların 4 oyunçusunun koronavirusa yoluxması səbəbindən bu günə təxirə salınıb.